Binanın girişini zəbt edən qadın sürücü sakinləri boğaza yığdı - VİDEO

Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində dayanma-durma qaydalarını pozan sürücü sakinlərin narazılığına səbəb olub.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” xəttinə video göndərərək ətraflı məlumat verib. Hadisə yaşayış kompleksinin 106 nömrəli binasının giriş hissəsində qeydə alınıb.
Kadrlardan görünür ki, 45-BK-869 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobil binanın girişinə yaxın hissədə saxlanılıb. İzləyicinin sözlərinə görə, ərazidə kifayət qədər boş yer olmasına baxmayaraq həmin avtomobil hər gün eyni yerdə park edilir. Nəticədə sakinlərin binaya rahat giriş-çıxışına maneə yaranır.
Bildirilir ki, xüsusilə uşaq arabası ilə hərəkət edən, eləcə də əllərində yük olan sakinlər binaya daxil olub-çıxarkən çətinliklə üzləşirlər. Şikayətçinin iddiasına əsasən, bina sakinləri dəfələrlə qadın sürücüyə iradlarını bildirərək avtomobili həmin ərazidə saxlamamasını xahiş etsələr də, vəziyyət dəyişməyib.
Qeyd edək ki, yaşayış binalarının giriş-çıxış hissələrinin nəqliyyat vasitələri ilə tutulması piyadaların sərbəst hərəkətinə mane olmaqla yanaşı, fövqəladə hallarda təxliyə və operativ xidmətlərin əraziyə girişini də çətinləşdirə bilər. Bu səbəbdən sürücülər avtomobillərini digər hərəkət iştirakçılarına və piyadalara mane olmayacaq şəkildə park etməlidirlər.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












