Binəqədidə “şou” göstərmək istəyən sürücü avtomobili işıq dirəyinə çırpdı - VİDEO

Paytaxtın Binəqədi rayonunda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması yol-nəqliyyat hadisəsinə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlardan görünür ki, 90-UR-971 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü sıx yaşayış məntəqəsinin yerləşdiyi ərazidə yüksək sürətlə hərəkət edərək döngəyə daxil olur. Daha sonra sürücü avtomobili sürüşdürmək və “şou” nümayiş etdirmək məqsədilə təhlükəli manevr edir.
Lakin bu zaman o, nəqliyyat vasitəsinə nəzarəti itirərək avtomobili yol kənarındakı işıq dirəyinə çırpır. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəyib.
Qeyd edək ki, yaşayış evlərinin yerləşdiyi ərazilərdə yüksək sürət və təhlükəli manevrlər təkcə sürücünün öz həyatı üçün deyil, ətrafda olan piyadalar və digər hərəkət iştirakçıları üçün də ciddi risk yaradır. Belə davranışlar inzibati məsuliyyətə səbəb olmaqla yanaşı, daha ağır nəticələrə gətirib çıxara biləcək təhlükəli hərəkət hesab olunur.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












