Biri qəza şəraiti yaratdı, digəri motosikleti vurub getdi – ŞİKAYƏT - VİDEO

Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə zərərçəkmiş sürücü hadisənin görüntülərini Avtosfer.az-ın “WhatsApp” ünvanına göndərərək məlumat verib. Hadisə sentyabrın 24-də saat 14:20 radələrində Şəhər şosesində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 77-ZE-185 dövlət nömrə nişanlı “Lada” markalı avtomobilin sürücüsü hərəkətdə olan motosikleti nəzərə almadan sağ zolağa keçməyə çalışır. Bu zaman o, motosikletçiyə qəza şəraiti yaradır.
Toqquşmadan yayınmaq üçün moto sürücü qəfil tormozlayır. Lakin bu dəfə arxadan gələn 90-RO-676 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü ara məsafəsini düzgün saxlamadığı üçün motosikleti vurur.
Nəticədə motosikletə maddi ziyan dəyir. Hadisədən sonra moto sürücü nəqliyyat vasitəsini yolun kənarına sürür. Ardınca “Lada”nı idarə edən şəxs onun yanına gələrək vəziyyətlə maraqlanıb və motosikletə ziyan dəyib-dəymədiyini soruşur.
Bir qədər sonra “Lexus”un sürücüsü də ona yaxınlaşır. Motosikletçi ona qəzanın necə baş verdiyini izah etsə də, sürücü gözləmədən yoluna davam edir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












