Bu hallarda sürücülük hüququndan məhrum edilə bilərsiniz - XƏBƏRDARLIQ

Sükan arxasına keçmək təkcə avtomobili idarə etmək deyil, həm də ciddi məsuliyyət daşımaq deməkdir. Yol hərəkəti qaydalarının pozulması bəzi hallarda sürücülərin sürücülük vəsiqəsindən müvəqqəti və ya uzun müddətə məhrum edilməsinə səbəb ola bilər.
Bəs hansı hallarda sürücülər bu hüquqlarını itirə bilərlər?
Avtosfer.az-ın "Baku.ws"ə istinadən məlumatına görə, sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas hallardan biri nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsidir. Belə vəziyyət aşkar olunduqda sürücü barəsində inzibati protokol tərtib edilir və işə məhkəmədə baxılır.
Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq sürücünün cərimələnməsi və ya müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər. Bundan başqa, avtoxuliqanlıq hərəkətlərinə yol verən, küçə yarışları təşkil edən, təhlükəli manevrlərlə digər hərəkət iştirakçılarının həyat və sağlamlığını riskə atan sürücülər də ciddi məsuliyyətlə üzləşirlər. Bu cür pozuntular sürücülük hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Qanunvericilikdə həmçinin yol hərəkəti qaydalarının kobud və ya təkrar pozulmasına görə sürücülərə qarşı müxtəlif inzibati tədbirlərin tətbiqi nəzərdə tutulub. Məqsəd yollarda təhlükəsizliyi təmin etmək, sürücülərin məsuliyyət hissini artırmaq və ağır nəticələrə səbəb ola biləcək hadisələrin qarşısını almaqdır.
![]()
Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev bildirib ki, sürücü bir il ərzində 20 və daha çox cərimə balı topladıqda, sərxoş vəziyyətdə avtomobil idarə etdikdə və ya bu əməli təkrar törətdikdə, yol hərəkəti qaydalarının pozulması nəticəsində şəxsin sağlamlığına yüngül xəsarət yetirdikdə, maddi zərər vurduqda, həmçinin sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etdikdə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirləri tətbiq oluna bilər:
"Eyni zamanda avtoxuliqanlıq hərəkətlərinə yol verən şəxslər də sürücülük hüququnun məhdudlaşdırılması ilə üzləşə bilərlər".
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












