Bu qayda pozuntusu tıxac və qəza riskini artırır - Təkcə yol nişanı kifayət etmir

Bakının Nəsimi rayonu, Füzuli küçəsində minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsi üçün ayrılmış xüsusi dayanma sahəsi digər avtomobillər tərəfindən zəbt olunur.
Bu cür halların qarşısının alınması və belə problemlərin aradan qaldırılması üçün hansı mexanizmlərdən istifadə olunmalıdır?
Avtosfer.az-ın məlumatına görə, mövzunu "Redaktor.az"a şərh edən nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, belə halların qarşısını almaq üçün təkcə yol nişanı quraşdırmaq kifayət etmir:
"Sərnişinlərin minib-düşməsi üçün ayrılmış xüsusi dayanma yerlərinin səmərəli işləməsi üçün həm ciddi nəzarət, həm də düzgün təşkilat vacibdir. Füzuli küçəsində sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi məqsədilə yaradılmış xüsusi sahələrin digər avtomobillər tərəfindən zəbt olunması həmin məntəqənin əsas təyinatını pozur. Nəticədə taksilər və digər minik avtomobilləri hərəkət zolağında dayanmağa məcbur qalır. Bu isə nəqliyyatın hərəkətini ləngidir, tıxacların yaranmasına səbəb olur və yol-nəqliyyat hadisələri riskini artırır. Belə vəziyyətlər xüsusilə hərəkətin intensiv olduğu saatlarda həm sürücülər, həm də sərnişinlər üçün əlavə təhlükə yaradır. Sərnişinlərin hərəkət zolağında avtomobildən düşməsi və ya minməsi onların digər nəqliyyat vasitələri ilə toqquşma riskini artırır, eyni zamanda digər sürücüləri qəfil manevr etməyə məcbur edir".
Müsahibimiz bildirdi ki, problemin həlli üçün ilk növbədə həmin ərazilərdə daimi və effektiv nəzarət təşkil olunmalıdır:
"Müşahidə kameraları və avtomatik cərimə sistemi bu cür qayda pozuntularının qarşısını almaqda ən təsirli vasitələrdəndir. Qaydaları pozaraq bu yerləri park yeri kimi istifadə edən sürücülər məsuliyyətə cəlb olunmalıdır ki, digərləri üçün də çəkindirici təsir yaransın. Bununla yanaşı, bu sahələr aydın görünən yol nişanları, fərqləndirici yol nişanlanması və zərurət olduqda fiziki ayırıcı elementlərlə daha nəzərəçarpan edilməlidir. Bu, sürücülərin həmin yerlərin təyinatını düzgün başa düşməsinə kömək edər. Digər vacib məsələ bu dayanma yerlərindən istifadə qaydalarının dəqiq müəyyənləşdirilməsidir. Burada yalnız sərnişinin minib-düşməsi üçün qısa müddətli dayanmağa icazə verilməli, avtomobilin uzun müddət saxlanılması və ya park edilməsi qadağan olunmalıdır. Əgər bu qaydalara əməl olunarsa, həm sərnişinlərin təhlükəsizliyi təmin edilər, həm də küçədə nəqliyyatın hərəkəti daha rahat təşkil olunar. Bununla yanaşı, sürücülər arasında maarifləndirmə işləri də gücləndirilməlidir".
Ekspert qeyd etdi ki, bir çox hallarda sürücülər bu yerlərin təyinatını tam bilmədikləri və ya əhəmiyyətini qiymətləndirmədikləri üçün onları adi parklanma yeri kimi istifadə edirlər:
"Halbuki bu sahələr şəhər nəqliyyatının daha səmərəli və təhlükəsiz işləməsi üçün yaradılıb. Nəzarət, düzgün infrastruktur, aydın təşkilat və sürücülərin məsuliyyətli davranışı birlikdə təmin olunarsa, bu kimi problemlərin qarşısını əhəmiyyətli dərəcədə almaq və şəhər daxilində nəqliyyatın hərəkətini daha təhlükəsiz və rahat etmək mümkündür".
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












