Banner

Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO

Qaydalar 6 Noyabr 2026 11:30
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda hərəkətin təşkilində dəyişiklik edilsə də, sürücülərin bir qismi hələ də bundan xəbərsizdir.

Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nazim Hikmət küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən gedir.

Belə ki, əvvəllər Nazim Hikmət küçəsi ilə hərəkət edən sürücülər Mətbuat prospektinə daxil olarkən yalnız sağa və düzünə hərəkət edə bilirdilər. Sonradan edilən dəyişikliklə əlaqədar hərəkət hissəsinin kəsişməsində əlavə məcburi hərəkət istiqaməti nişanı quraşdırılıb. Yeni nişan sürücülərə sola dönməyə də icazə verir.

Qeyd edək ki, sola dönməyə icazə verən məcburi hərəkət istiqaməti nişanı, geriyə dönməni qadağan edən hər hansı nişan və ya digər məhdudiyyət olmadığı halda, geriyə dönməyə də icazə verir.

Lakin sürücülərin bir çoxu hələ də bu manevri etməkdən çəkinir. Bildiririk ki, sözügedən kəsişmədə geriyə dönmək, başqa sözlə, Nazim Hikmət küçəsinə geri qayıtmaq qadağan deyil.

 

Fərid

bax.tvhttps://bax.tv/embed/228556.html

 

 

Oxunub : 512
ŞƏRH YAZ
Ad

E-mail

Şərh