Cəbrayılda avtoxuliqanlıq edən sürücülər cərimələndi

Cəbrayılda kobud qayda pozuntuları törədən sürücülər inzibati məsuliyyətə cəlb olunublar.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, Cəbrayıl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısını alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Yoxlamalar zamanı rayon ərazisində saxlanılan sürücü Q.Qocayevin narkotikin təsiri altında və sürücülük hüququ olmadan avtomibili idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış material məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Bundan əlavə, keçirilən tədbirlər zamanı avtoxuliqanlıq hərəkətlərinə yol verən və spirtli içkinin təsiri altında avtomobil idarə edən 11 sürücü də müəyyən edilərək barələrində inzibati qaydada protokollar tərtib olunub.
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












