Cərimələr hansı halda silinə bilər – QANUN NƏ DEYİR? - VİDEO

Vətəndaşlara tətbiq olunan inzibati cərimələrin icra müddəti ilə bağlı müxtəlif suallar yaranır. Xüsusilə qərarın qanuni qüvvəyə minib-minməməsi və cərimənin hansı müddətdən sonra icra edilə bilməməsi məsələsi maraq doğurur.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov sosial şəbəkədə yayımladığı videoda cərimələrin icra müddəti ilə bağlı açıqlama verib.
Ekspertin sözlərinə görə, cərimələrlə bağlı iki fərqli hal mövcuddur. Qərar qanuni qüvvəyə minməyibsə, həmin məsələnin ayrıca hüquqi qaydada mübahisələndirilməsi mümkündür. Qanuni qüvvəyə minmiş inzibati cərimə üzrə isə fərqli müddət tətbiq olunur.
Rüfət Əmiraslanov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən, inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməyibsə, daha icra edilmir.
Ekspert bu müddəanın pandemiya dövründə tətbiq edilmiş bəzi inzibati cərimələrə də aid olduğunu bildirib.
Qeyd edək ki, 5 illik müddətin keçməsi cərimənin hər bir halda avtomatik olaraq elektron sistemdən silinməsi demək deyil. Müddət başa çatdıqdan sonra qanunvericiliyin müvafiq tələblərinə əsasən cərimənin icrasına xitam verilməsi üçün aidiyyəti quruma müraciət etmək lazım gələ bilər.
Eltac Zülfüqaroğlu
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












