Daha bir restoran terras yaradıb səkini özəlləşdirir - FOTO

Paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən 49 nömrəli məktəbə gedən şagirdlər üçün nəzərdə tutulan piyada səkisi zəbt edilib.
Avtosfer.az xəbər verir ki, bu hal Mikayıl Useynov küçəsində “Saphire Hotel”in qarşısında qeydə alınıb.
Yayılan məlumata görə, binanın altındakı restoran sahibi piyada səkisini hasarlayaraq burada özünə terras düzəldib. Nəticədə, məktəbə gedən və ya dərsdən qayıdan şagirdlər səkidən istifadə edə bilmədikləri üçün yolun ortası ilə hərəkət etməyə məcbur olurlar.
Bu vəziyyət, xüsusilə səhər və axşam saatlarında nəqliyyatın intensiv olduğu vaxtlarda, uşaqların həyatı üçün ciddi təhlükə yaradır. Valideynlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək problem aradan qaldırılmayıb.
Restoranın səkiyə dibçəklər düzərək terras yaratması sual doğurur. Sakinlərin şikayəti üzrə həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də yerli icra qurumuna sorğu göndərmişik. Hər hansı tədbir görülərsə, əlavə ediləcək.
Eltac Zülfüqaroğlu

Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












