Dairəvi hərəkətdə yol üstünlüyü kimindir? – Yol polisindən RƏSMİ AÇIQLAMA - VİDEO

Dairəvi hərəkətin təşkil olunduğu yol ayrıcılarında üstünlük məsələsi sürücülər arasında tez-tez müzakirə və anlaşılmazlıq yaradır.
Avtosfer.az xəbər verir ki, bu mövzuya “Avto FM”də Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev aydınlıq gətirib. Bildirib ki, “Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, yol nişanları və ya nişanlanma ilə hərəkət üstünlüyü ayrıca müəyyən edilməyibsə dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olan sürücü artıq dairə daxilində hərəkətdə olan bütün nəqliyyat vasitələrinə yol verməlidir.
Onun sözlərinə görə, bu qaydanın əsas məqsədi dairəvi hərəkətin fasiləsizliyini və yol hərəkətinin təhlükəsizliyini təmin etməkdir. Qaydaya əməl edilməməsi isə qəza riskini artırır və yol ayrıcında tıxacların yaranmasına səbəb olur.
Baş inspektor sürücülərə müraciət edərək dairəvi yol ayrıcılarına yaxınlaşarkən yol nişanlarına xüsusi diqqət yetirməyi, tələsmədən və ehtiyatla hərəkət etməyi tövsiyə edib. O qeyd edib ki, qaydaların düzgün tətbiqi həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin əsas təminatıdır.
Eltac Züflüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












