Dar yolda parklanan maşınlar hərəkətə mane oldu; sürücü şikayət etdi - VİDEO

Paytaxtın “Koroğlu” metro stansiyası yaxınlığında yerləşən “Bravo” market ətrafında avtomobillərin park edilməsi ilə bağlı narazılıq yaranıb.
Avtosfer.az xəbər verir ki, yük maşını sürücülərindən biri ərazidə avtomobillərini saxlayan sürücülərə video vasitəsilə müraciət edib. O bildirib ki, bəzi sürücülər avtomobillərini marketin yan hissəsində park etdiklərinə görə yük maşınlarının hərəkəti çətinləşir.
Sürücü qeyd edib ki, onlar marketə məhsul gətirdikləri zaman həmin ərazidən çıxmaqda ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən o, avtomobil sahiblərindən xahiş edib ki, nəqliyyat vasitələrini marketin yan hissəsində deyil, Bravo marketin parkinq yerində saxlasınlar.
Onun sözlərinə görə, sürücülər avtomobillərini düzgün park etsələr, həm yük maşınlarının hərəkəti rahatlaşar, həm də ərazidə tıxac və sıxlıq yaranmaz.
Sözügedən görüntülər sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi istifadəçilər yük maşını sürücüsünün iradını haqlı hesab etsələr də digərləri ərazidə parkinq yerlərinin məhdud olduğunu bildiriblər.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












