Banner

Diplomatik toxunulmazlıq qayda pozmağa əsas verirmi? - FOTO

Qaydalar 3 Noyabr 2026 16:48
Diplomatik toxunulmazlıq qayda pozmağa əsas verirmi? - FOTO
WhatsApp kanalımıza abunə olun

Azərbaycan diplomatik korpusun rahat fəaliyyət göstərdiyi azsaylı ölkələrdəndir. Ölkəmizdə hansısa səfirliyə və ya diplomata hücum, və ya peşə fəaliyyətinə mane olma hallarına rast gəlinməyib.  

Avtosfer.az xəbər verir ki, diplomatik korpusa məxsus avtomobillərin nömrə nişanları fərqlidir. Lakin bu fərqlilik onların hansısa üstünlüyə malik olması anlamına gəlmir. Digər nəqliyyat vasitələri kimi, onların da sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə borcludurlar.

Bu foto noyabrın 3-də saat 13 radələrində Şıxəli Qurbanov küçəsində çəkilib. 055 D 008 nömrə nişanlı "Toyota" qəza işıqlarını yandıraraq həm velosiped cığırı, həm də avtobus dayanacağını zəbt edib.

Bu davranış yol hərəkəti qaydalarının ciddi şəkildə pozulmasıdır. Sürücü qayda pozmaqla yanaşı, həm də öz ölkəsinin də nüfuzuna zərər vurur. Axı diplomatik toxunulmazlıq qayda pozmağa əsas vermir!

Vüqar

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh