Banner

Döngədə təhlükəli ötmə edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO

Qaydalar 3 Noyabr 2026 16:00
Döngədə təhlükəli ötmə edib sürücüyə qorxulu anlar yaşatdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində təhlükəli manevr edən sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 15-də saat 09:27 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, “Lexus” markalı avtomobilin sürücüsü qarşıda hərəkət edən nəqliyyat vasitəsini ötmək üçün əks istiqamətli yola çıxıb. Sürücü bu manevri döngədə həyata keçirərək qarşıdan gələn avtomobil üçün qəza şəraiti yaradıb.

Lakin qarşıdan gələn sürücü vaxtında reaksiya verərək avtomobilini yolun sağ kənarına yönəldib və baş verəcək toqquşmanın qarşısını alıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, yolun məhdud görünüşlü sahələrində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qadağandır. Eyni zamanda sürücü ötməyə başlamazdan əvvəl manevrin qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmayacağına əmin olmalıdır.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228460.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 256
ŞƏRH YAZ
Ad

E-mail

Şərh