Dörd gün əvvəl aldığı sürücülük vəsiqəsi sərxoş olduğu üçün əlindən alındı - Türkiyədə - VİDEO

İstanbulun Kadıköy rayonunda keçirilən genişmiqyaslı yol polisi yoxlamaları zamanı sürücülük vəsiqəsini cəmi 4 gün əvvəl alan motosiklet sürücüsü sərxoş vəziyyətdə saxlanılıb.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, helikopter dəstəyi ilə aparılan reyd zamanı V.A. adlı sürücünün alkoqol testindən 0,89 promil nəticə verdiyi müəyyən edilib. Araşdırma zamanı onun motosikletinin texniki baxışdan da keçmədiyi məlum olub.
Qayda pozuntularına görə sürücüyə ümumilikdə 27 min lirədən çox cərimə tətbiq edilib, sürücülük vəsiqəsi əlindən alınıb, motosikleti isə cərimə meydançasına aparılıb.
Cərimələrdən sonra jurnalistlərə danışan sürücü, "Sürücülük vəsiqəsini alanı 4 gün olub, həm vəsiqə getdi, həm də motosiklet. 50 milyard da yazsalar, 100 milyard da yazsalar, artıq ediləcək bir şey yoxdur" deyərək vəziyyətindən gileylənib.
Sürücünün həmin anları kameralara əks olunub./Sonxeber.az
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












