Dumanlı hava şəraitində piyada və sürücülər hansı qaydalara əməl etməlidir? – EKSPERT AÇIQLADI

Hazırda paytaxt Bakı və Abşeron yarımadası, eləcədə Bakı ətrafı qəsəbə ərazilərində dumanlı hava şəraiti müşahidə olunur. Səhər saatlarından etibarən əraziyə hakim kəsilən duman görmə məsafəsini əhəmiyyətli dərəcədə azaldıb.
Avtosfer.az xəbər verir ki, bu vəziyyət paytaxtın əsas yollarında, magistral xətlərdə və şəhərə giriş-çıxış istiqamətlərində hərəkətin nisbətən yavaşlamasına səbəb olub. Duman səbəbindən sürücülər yol nişanlarını və digər nəqliyyat vasitələrini seçməkdə çətinlik çəkiblər.
Hazırkı hava şəraiti həm nəqliyyat iştirakçıları, həm də piyadalar üçün diqqətli olmağı zəruri edir. Bəs dumanlı hava şəraitində hərəkət iştirakçılarının diqqət etməli olduğu məqamlar hansılardır?

Bununla bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, görünüş məsafəsinin məhdud olduğu yerlərdə sürücülər sərt manevrlər etməməli, ötmə əməliyyatlarından çəkinməlidirlər:
“Hava şəraiti ilə bağlı sürücülərin, piyadaların və ümumilikdə yol hərəkətinin bütün iştirakçılarının əməl etməli olduğu müəyyən hüquq və vəzifələr mövcuddur. Bu zaman duman fənərlərindən istifadə vacibdir. Təhlükə yarandıqda həm ön, həm də arxa duman fənərlərini yandırmaq tövsiyə olunur. Mümkün qədər sürət azaldılmalıdır. Çünki “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən, sürət həddi hava və yol şəraitinə uyğun seçilməlidir. Dumanlı hava şəraitində, görünüş məsafəsi məhdud olduqda yolda quraşdırılmış 60 və ya 90 kilometr-saat sürət nişanları öz əhəmiyyətini itirir. Sürücü elə sürət seçməlidir ki, qarşıdakı nəqliyyat vasitəsini və ya maneəni vaxtında görə bilsin və qəfil təhlükə yarandıqda avtomobili dayandırmaq imkanı olsun”.
Ekspertin sözlərinə görə, bəzi sürücülər dumanlı havada riskli hərəkətlər edir, ötmə qaydalarını pozurlar:
“Mən özüm də bu dumanlı havada maşını sürmüşəm, baxıram, sürücülərimiz çox riskli hərəkət edirlər, ötmə, manevr qaydalarını pozurlar. Eyni zamanda, yolun ortasında və ya təhlükəli yerlərdə yük avtomobillərinin dayanması da əlavə risk yaradır. Bu cür halları nəzərə almaq vacibdir. Çünki sürət vaxtında azaldılmadıqda sürücü maneədən yayınmaya və yol-nəqliyyat hadisəsi baş verə bilər. Piyadalar da yolu keçərkən diqqətli olmalı, avtomobil sürücülərinin onları gördüyünə əmin olduqdan sonra hərəkət etməlidirlər. Bu tələb xüsusilə nizamlanmayan piyada keçidlərinə aiddir.
Nizamlanan keçidlərdə isə piyadalar sürücünün qırmızı işığı gördüyünə və avtomobili dayandırdığına əmin olmalıdırlar. Görünüş məsafəsinin məhdud olduğu hallarda qəza riski arta bilər. Bu səbəbdən həm sürücülər, həm də piyadalar yol hərəkəti iştirakçısı kimi qaydalara ciddi əməl etməli, mövcud riskləri nəzərə almalıdırlar”.
Nurcan Babək
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO
Ramanada sürücü əks yola çıxıb maşının üzərinə sürdü - VİDEO
Bakıda avtobus sürücüsü sağa dönənlərin yolunu kəsdi - VİDEO












