Əks yola çıxan moped sürücüsü təkər qaldırıb “şou” da göstərdi - VİDEO

Son vaxtlar motosiklet, moped və skuterlərin iştirakıyla baş vermiş yol-nəqliyyat hadisələrinin sayı artıb. Xüsusilə gənc nəslin nümayəndələri qeyd etdiyimiz nəqliyyat vasitələriylə kobud qayda pozuntuları törədirlər. Belə ki, onlar əks istiqamətli yola, səkiyə çıxaraq, maşınların arasında keçərək, bir qismi isə işıqforun qırmızı işığına məhəl qoymadan hərəkət edirlər. Yollarda təhlükəli manevrlər edərək “şou” göstərənlər də kifayət qədərdir. Bu halda xəsarətlə, hətta ölümlə nəticələnən yol qəzaları qaçılmaz olur.
Vurğuladığımız məsələylə bağlı Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində vurğuladığımız məsələylə bağlı xoşagəlməz görüntü qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 21-də saat 21:30 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, moped sürücüsü düz xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Daha sonra o, öz zolağına qayıdaraq maşınların arasından keçib və dəfələrlə təkər qaldırıb. Bununla kifayətlənməyən sürücü nəqliyyat vasitəsini piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxararaq hərəkətinə davam edib.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












