Əks yola çıxan skuter sürücüsü qəzaya saniyələr qalmış xilas oldu - VİDEO

Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qayda pozan skuter sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 1-də saat 15:48 radələrində qeydə alınıb.
Belə ki, skuteri idarə edən gənc əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Görüntülərdən məlum olur ki, bu zaman o, qarşıdan gələn avtomobillə toqquşma təhlükəsi yaradıb. Skuter sürücüsü son anda sola manevr etməklə qəzadan yayına bilib.
Qeyd edək ki, yolun hərəkət istiqamətinin əksinə hərəkət etmək həm skuter sürücüsünün, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır. Qanunvericiliyin tələblərinə əsasən, fərdi hərəkət vasitələrini idarə edən şəxslər də hərəkətin istiqamətinə, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməyə borcludurlar.
Nərmin
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












