Əks yola çıxan sürücü döngədə qəza riski yaratdı – 77-QS-220 - VİDEO

Daşkəsən rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 12-də saat 16:12 radələrində qeydə alınıb.
Belə ki, 77-QS-220 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü bütöv xəttin tələblərini pozaraq əks istiqamətli yola çıxıb. Nəticədə o, qarşı istiqamətdən gələn nəqliyyat vasitəsinə təhlükə yaradıb. Hadisənin yolun döngə hissəsində baş verməsi isə qəza ehtimalını daha da artırıb.
Xoşbəxtlikdən görüntünü qeydə alan avtomobilin sürücüsü döngəyə ehtiyatla daxil olaraq baş verə biləcək qəzanın qarşısını alıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, bütöv xətti tapdalayaraq əks hərəkət zolağına çıxmaq qəza riski yaradır və inzibati məsuliyyətə səbəb olur. Belə manevrlər, xüsusilə görünmə məhdud olan döngələrdə edildikdə, qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riskini ciddi şəkildə artırır və ağır nəticələrə səbəb ola bilər.
Nərmin
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO












