Əks yola çıxan sürücü motosikletçini təhlükə ilə üz-üzə qoydu - VİDEO

Lənkəranda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 23-də səhər saatlarında qeydə alınıb.
Görüntülərdən məlum olur ki, 77-MJ-064 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq önündəki yük maşınını ötməyə cəhd edib. Həmin anda qarşı tərəfdən motosiklet yaxınlaşdığı üçün riskli vəziyyət yaranıb. Xoşbəxtlikdən moto sürücü təhlükəni vaxtında görərək sürətini azaldıb. Daha sonra “Toyota”nın sürücüsü yenidən öz hərəkət zolağına qayıdıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, ötmə manevri yalnız təhlükəsiz şəraitdə icra edilməlidir. Əks hərəkət zolağına çıxmaqla qarşıdan gələn nəqliyyat vasitələrinə təhlükə yaratmaq qayda pozuntusu hesab olunur və belə davranış ağır yol qəzalarına səbəb ola bilər. Sürücülər ötmə zamanı yolun görünmə məsafəsini, qarşıdan gələn nəqliyyatın sürətini və manevrin təhlükəsiz başa çatdırılmasını öncədən düzgün qiymətləndirməlidirlər.
Nərmin
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO












