Əks yola çıxan sürücü son anda zolağına qayıdıb təhlükə yaratdı - VİDEO

Paytaxtın Nəsimi rayonunda qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərərək məlumat verib. Hadisə iyunun 16-da saat 18:54 radələrində Zərifə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, 90-ZZ-516 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü qarşısındakı nəqliyyat vasitəsini ötmək məqsədilə əks istiqamətli hərəkət zolağına çıxıb.
Kadrlardan görünür ki, qarşıdan avtomobilin yaxınlaşdığını görən sürücü daha sonra qəfil şəkildə yenidən öz hərəkət zolağına qayıtmağa çalışıb. Bu zaman o, görüntünü qeydə alan avtomobilin qarşısına keçərək qəza şəraiti yaradıb.
İzləyicinin iddiasına əsasən, hadisədən əvvəl o, Rixard Zorge küçəsindən Zərifə Əliyeva küçəsinə dönərkən piyadaya yol verdiyi üçün qayda pozan sürücü əsəbiləşərək təhlükəli manevrə əl atıb.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












