“Gelandewagen”i yolayrıcında və keçidin yaxınlığında saxlayıb yoxa çıxdı - VİDEO

Paytaxtın Nərimanov rayonunda dayanma-durma qaydalarını pozan sürücü digər hərəkət iştirakçılarına çətin anlar yaşadıb.
Bu barədə görüntülər Avtosfer.az-ın “WhatsApp” qaynar xəttinə daxil olub. Bildirilib ki, hadisə iyulun 16-da saat 21:57 radələrində Ağa Nemətulla və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.
Kadrlardan görünür ki, 99-XD-939 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolayrıcında və piyada keçidinə yaxın ərazidə saxlayıb. Bu səbəbdən həm sürücülərin hərəkəti məhdudlaşıb, həm də piyadaların yolu təhlükəsiz şəkildə keçməsində çətinlik yaranıb.
Şikayətçinin sözlərinə görə, avtomobil uzun müddət həmin yerdə qalıb və sürücü nəqliyyat vasitəsinin yanında olmayıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, piyada keçidlərində, onların qarşısında və kəsişmələrdə dayanma və durma qadağandır. Bu cür qayda pozuntuları digər hərəkət iştirakçılarının görmə bucağını məhdudlaşdırmaqla yanaşı, qəza riskini də artırır və inzibati məsuliyyət yaradır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












