Günəşlidə avtobus sürücüsü əks yola çıxıb maşının üzərinə sürdü - VİDEO

Paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində kobud qayda pozan avtobus sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 9-da saat 21:36 radələrində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, 46 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “BYD” markalı avtobusun sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Nəticədə qarşı istiqamətdən gələn avtomobil üçün qəza şəraiti yaranıb. Təhlükəylə üz-üzə qalan sürücü operativ şəkildə sağa manevr edərək baş verəcək qəzanın qarşısını alıb.
Xatırladaq ki, qoşa xəttin üzərindən keçərək əks hərəkət zolağına çıxmaq ən təhlükəli qayda pozuntularından hesab olunur. Xüsusilə sərnişindaşıma ilə məşğul olan sürücülərin bu cür riskli manevrlərə yol verməsi eyni anda həm avtobusdakı sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyur.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












