Heydər Əliyev prospektində velosipedçinin əks yola çıxması təhlükə yaradır – Təlimçidən ŞİKAYƏT - VİDEO

Paytaxt yollarında nəqliyyat və piyada təhlükəsizliyi ilə bağlı problemlər hələ də aktual olaraq qalır və bu məsələ həm sürücülərin, həm də digər vətəndaşların narazılığına səbəb olur.
Avtosfer.az xəbər verir ki, xüsusilə bəzi ərazilərdə yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və müvəqqəti məhdudiyyətlərin düzgün tənzimlənməməsi ciddi təhlükələr yaradır. Bu məsələlərdən biri də sürücülük təlimçisinin şikayəti ilə yenidən gündəmə gəlib.
Belə ki, təlimçi Arzu Babazadə saytımıza ünvanladığı şikayətdə Heydər Əliyev prospektində dəfələrlə rast gəldiyi və həyati təhlükə yaradan bir mənzərəni qabardıb. Təlimçi bildirir ki, bir çox velosipedçi qanunları pozaraq yolun əks istiqamətində (protiv) hərəkət edir:
“Velosipedçilərin bu davranışlarına əsas gətirdikləri səbəb güzgülərinin olmaması və bu səbəbdən arxanı görə bilməmələridir. Lakin əks istiqamətdə hərəkət edərkən də arxanı müşahidə etmək təhlükəsizlik üçün son dərəcə vacibdir. Qaydaları pozaraq hərəkət edən velosipedçiləri istənilən an bir avtomobil qarşıdan gəlib onları vura bilər. Halbuki sadəcə güzgü alıb velosipedə quraşdırmaqla bu problem aradan qalxır. İndiki dövrdə hər şey mümkündür", – deyə təlimçi bildirib.
Velosiped idmanının və nəqliyyat vasitəsi kimi istifadəsinin artdığı bir vaxtda, bu cür bəhanələrin arxasında duran əsas problem məsuliyyətsizlik və sadə təhlükəsizlik qaydalarına məhəl qoymamaqdır. Velosipedçilər unutmamalıdırlar ki, yol hərəkətinin iştirakçısı olaraq onların da öhdəsinə düşən müəyyən məsuliyyətlər və qaydalar var.
Digər bir ciddi problem isə yolun müvəqqəti bağlı olduğu ərazilərdə nişanların üzünün örtülməməsidir. Arzu Babazadə qeyd edib ki, Heydər Əliyev prospektində bəzi hissələrdə yol hərəkəti məhdudlaşdırılsa da, bunu bildirən nişanlar açıq qalır:
“Bu sürücülərdə çaşqınlıq yaradır və onların bilməyərəkdən bağlı əraziyə daxil olmasına səbəb olur. Bir müddət əvvəl belə bir hadisə də yaşanmışdı: bir qız həmin yoldan keçərkən daşlara girib, maşını idarəetmədən çıxmışdı və digər avtomobilin qarşısına düşmüşdü. Xoşbəxtlikdən, qarşı tərəfdəki sürücü ayıq-sayıq davranaraq vaxtında əyləci basmışdı və qızın maşınına çırpılmamışdı. Amma nəticədə qızın avtomobili daşlara çırpılmışdı".
Bu fakt yolun bağlanması zamanı nişanların vaxtında və düzgün şəkildə dəyişdirilməməsi və ya örtülməməsinin nə qədər təhlükəli fəsadlara yol aça biləcəyini bir daha sübut edir. Yol hərəkətinin tənzimlənməsi ilə məşğul olan qurumlar bu cür səhvlərə yol verməməli və ərazidə bütün təhlükəsizlik tədbirlərinin, o cümlədən nişanlanmanı düzgün şəkildə həyata keçirilməsinə nəzarət etməlidirlər.
Fidan
Zağulba yolunda velosiped zolağını parkinqə çevirdilər – ETİRAZ - VİDEO
Bakıda sürücü təcili yardımın arxasına sığınıb qaydaları pozdu - VİDEO
Bakıda "qırmızı"da keçən avtomobil zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Əks yolda ötmə edən sürücü qarşıdan gələn maşını yoldan çıxartdı - VİDEO
Qəza zamanı avtomobili yerindən tərpətmək olar, yoxsa yox? – Ekspert AÇIQLADI - VİDEO
Bu yolda tıxac belə yaranır - 3 zolağı 4 edənlər, təcili yardıma yapışanlar - VİDEO
Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO
Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO
Sürücü eyni anda 2 qayda pozdu: Sağdan gəlib qırmızıda keçdi - VİDEO
Sürücünün yola atdığı közərmiş siqaret kötüyü motosikletçinin üzərinə düşdü - VİDEO
Qırıq xətti qoyub bütöv xətdə 2 dəfə ötmə edərək təhlükə yaratdı - 90-NO-151 - VİDEO










