İnsanlara təhlükə yaradır, üstəlik kobudluq edir: "Nə olub, nə siqnal verirsən?" - VİDEO

Bakıda manevr qaydasını pozan avtobus sürücüsü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 7-də, paytaxtın Babək prospektində qeydə alınıb. Belə ki, "BakuBus" daşıma şirkətinə məxsus 99-JC-331 qeydiyyat nişanlı avtobusun sürücüsü onlar üçün nəzərdə tutulmuş zolaqla hərəkətdə olarkən qəfildən sol zolağa manevr edib. Bu zaman görüntünü qeydə alan avtomobili sıxışdıraraq ona qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən sürücü qəzanın qarşısını almaq məqsədilə səs siqnalı ilə xəbərdarlıq etsə də, avtobus sürücüsü buna aqressiv reaksiya verərək "Nə olub, nə siqnal verirsən?" sözləri ilə kobud davranış nümayiş etdirib.
Hadisə zamanı xoşbəxtlikdən yol-nəqliyyat hadisəsi baş verməsə də, sürücünün hərəkətləri digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə riskə atıb. Sözügedən videonu təqdim edirik.
Fərid
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












