“İnstagram”da tanış olaraq paytaxtda oğurluqlar edən dəstə ələ keçdi - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə qorunur. Bunu sübut edən hadisələrdən biri Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, gecə saatlarında qəsəbə ərazisində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə Həyəcan siqnalı daxil olub. Dərhal Sabunçu Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və obyektin qapısının sındırıldığı müəyyən edilib. Bu zaman həmin ərazidən “Moskviç 21406” markalı maşının uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsi təqib edilərək saxlanılıb. Avtomobilin sürücüsü və maşında olan 4 nəfər marketə oğurluq məqsədilə daxil olduqlarını etiraf ediblər. Onların avtomobilindən və üzərlərindən mağazadan oğurladıqları maddi sübutlar aşkar edilərək götürülüb. Həmçinin dəstə üzvlərindən saxta üsulla hazırlanan üzərində polisə dəstək yazılan vəsiqələr, müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakinləri Sakit Əkbərov, Əfqan Abıyev, Xızı Rayon sakini Fərid Əhmədzadə və yetkinlik yaşına çatmayan daha bir nəfər olduğu müəyyən edilib. Həmçinin dəstə üzvlərinin oğurluğa gedən zaman istifadə etdidikləri avtomobilin sürücüsü paytaxt sakini Əliəşrəf Fətdahov da məsuliyyətə cəlb edilib.
Saxlanılan şəxslər ifadələrində “instagram” sosial şəbəkəsində yaradılan müxtəlif qruplarda tanış olduqlarını və əvvəlcədən razılaşaq paytaxt ərazisində oğurluqlar etdiklərini bildiriblər.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri, həmçinin dəstə üzvlərinin digər əlaqələrinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlara müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.
Elmin
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO






















