İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO

Bakıda düzgün parklanma qaydalarına əməl etməyən sürücü digər avtomobilin sürücüsünə çətinlik yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisə Koroğlu metrostansiyasının yaxınlığında yerləşən “Bravo” hipermarketinin parkinqində baş verib. Oxuculardan biri bununla bağlı redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb.
Şikayətçinin sözlərinə görə, avtomobilini parkinqdə saxladıqdan sonra digər sürücünün düzgün park etməməsi səbəbindən maşından düşə bilməyib. O, sol tərəfində park edilmiş 99-NQ-537 qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsündən nəqliyyat vasitəsini düzgün park etməsini xahiş edib. Lakin sürücü buna məhəl qoymadan avtomobildən düşərək oradan uzaqlaşıb.
Nəticədə şikayətçi avtomobilindən rahat düşə bilmədiyi üçün nəqliyyat vasitəsini başqa yerdə park etməyə məcbur olub.
Fotoşəkildən də görünür ki, “BYD” markalı avtomobil parklanma xətlərinə uyğun yerləşdirilməyib. Bu isə digər sürücülərin avtomobillərini rahat park etməsinə maneə yaradıb.
Fərid

Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO
Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR
"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO - VİDEO
Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - VİDEO
Soldan sağa atılan sürücü maşını sıxışdırdı – 90-RO-009 - VİDEO
Nərimanovda asfalt çöküb; maşınların hamısı çuxura düşür - VİDEO
Səbaildəki bu küçələrin kəsişməsində hərəkət necə təşkil olunmalıdır? – İZAH - VİDEO
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO
Sürücülərə cərimələrlə bağlı VACİB XƏBƏR












