İşıqforda telefondan istifadə edən sürücü cərimələnə bilər? – AÇIQLAMA - VİDEO

Son günlər sosial şəbəkələrdə və bəzi media orqanlarında svetoforda dayanan sürücünün mobil telefondan istifadə etməsinin inzibati məsuliyyət yaratdığı ilə bağlı məlumatlar yayılıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfər bildirib ki, qanunvericiliyin yanlış şərh edilməsi sürücülər arasında çaşqınlıq yaradır.
Yol hərəkəti qaydalarında məsuliyyət yaradan hal nəqliyyat vasitəsinin hərəkətdə olduğu zaman sürücünün telefonu əlində tutaraq istifadə etməsidir.
"Qanunlar bəzən təhrif olunur və nəticədə sürücülər barədə əsassız fikirlər formalaşdırılır. Bu yaxınlarda bəzi media orqanlarında svetoforda dayanan sürücünün əlində telefonla danışmasının da qayda pozuntusu olduğu iddia edildi. Halbuki qanunvericilikdə açıq şəkildə göstərilir ki, məsuliyyət nəqliyyat vasitəsi hərəkətdə olarkən sürücünün telefonu əlində tutaraq istifadə etməsinə görə yaranır", – deyə Eldəniz Cəfər bildirib.
Svetoforun qırmızı işığında dayanmış avtomobil hərəkət etmir və bu vəziyyət hərəkətdə olan nəqliyyat vasitəsi kimi qiymətləndirilə bilməz.
Sürücü zərurət yarandıqda avtomobili yolun sağ kənarında saxlayaraq mühərriki söndürmədən belə telefonla danışa bilir və bu, qanunvericiliyə zidd hesab edilmir. Eyni yanaşma svetoforda dayanmış avtomobilə də şamil olunur.
Eldəniz Cəfər vurğulayıb ki, sürücülər yol hərəkəti qaydaları ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə etməli, qanunvericiliyin yanlış şərhlərinə əsaslanmamalıdırlar. Hər bir inzibati məsuliyyət qanunvericilikdə göstərilən konkret norma əsasında tətbiq edilməlidir.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












