Küləkli havada yükü açıq daşıyan “KamAZ” sürücüsü təhlükə yaratdı - VİDEO

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yükü təhlükəli şəkildə daşıyan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına video göndərərək məlumat verib. Hadisə sentyabrın 28-də səhər saatlarında qeydə alınıb.
Belə ki, 90-OE-309 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınının sürücüsü müxtəlif növ material və məişət tullantılarını açıq şəkildə daşıyıb. Kadrlardan görünür ki, yükün üzəri tam örtülməyib və lazımi qaydada bərkidilməyib. Xüsusilə küləkli hava şəraitində bu cür yükün bir hissəsinin yola tökülməsi digər hərəkət iştirakçıları üçün təhlükə yarada bilər.
Videonu çəkən sürücünün sözlərinə görə, yük maşınındakı tullantılar yola düşərək təhlükə yaradıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücü yükün düzgün yerləşdirilməsinə və bərkidilməsinə nəzarət etməli, yükün yola düşməsinə, hərəkətə mane olmasına və digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasına yol verməməlidir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












