Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində qayda pozan moped sürücüləri avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərərək məlumat verib.
Hadisə martın 18-də saat 12:03 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, moped idarə edən gənclər hərəkətdə olan avtomobillərin yanından təhlükəli şəkildə keçiblər. Bu zaman onlar qarşı tərəfdəki nəqliyyat vasitələrinə də qəza şəraiti yaradıblar. Görüntünü qeydə alan sürücü siqnal verərək xəbərdarlıq etsə də, mopeddəki xanım sərnişinlərdən biri geriyə çönərək sürücüyə hələ irad da bildirib. İzləyicinin bildirdiyinə görə, sözügedən sürücülər yol boyu bir-biriləri ilə yarışaraq riskli hərəkətlərini davam etdiriblər.
Qeyd edək ki, qanunvericiliyə görə, motosiklet və moped sürücüləri yol hərəkəti qaydalarına riayət etməli, həm sürücü, həm də sərnişin dəbilqədən istifadə etməlidirlər.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












