Masazırda özünə yer tapa bilməyən sürücü ard-arda qaydaları pozdu - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 9-da saat 10:03 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb. Görüntülərdən aydın olur ki, 99-RQ-568 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü əvvəlcə videonu qeydə alan nəqliyyat vasitəsini sağ tərəfdən ötərək qəza şəraiti yaradıb.
Belə ki, birzolaqlı yolda süni şəkildə əlavə zolaq yaradan sürücü hərəkət boyu avtomobili sıxışdırıb. Daha sonra qayda pozan sürücü yolun kənarına çəkilərək ona yol versə də, qısa müddət sonra yenidən xəta törədib.
Sürücü bu dəfə bütöv xəttin tələbini nəzərə almadan əks istiqamətli hərəkət zolağına çıxaraq axına qarşı hərəkət edib. Nəticədə o, digər nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaradıb.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












