Masazırda sərnişin banan qabığını maşından yola atdı - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xoşagəlməz hal qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 13-də saat 09:15 radələrində “Qurtuluş 93” yaşayış kompleksində baş verib. Belə ki, 90-EC-564 dövlət nömrə nişanlı “VAZ-2104” markalı avtomobildə olan sərnişin hərəkət zamanı nəqliyyat vasitəsinin pəncərəsindən zibili - banan qabığını yola atıb.
Kadrlarda sərnişinin ictimai yerlərdə təmizliyə və ətraf mühitə qarşı laqeyd münasibəti açıq şəkildə görünür. Bu cür davranış həm şəhər mühitinin çirkləndirilməsinə səbəb olur, həm də cəmiyyət arasında mənfi nümunə formalaşdırır.
Xatırladaq ki, avtomobildən küçəyə istənilən növ tullantının atılması inzibati məsuliyyət yarada bilər. Sürücü və sərnişinlər ictimai təmizliyin qorunmasına həssas yanaşmalı, tullantıları yalnız bunun üçün nəzərdə tutulmuş yerlərə atmalıdırlar.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












