Maşını ikinci cərgədə saxlayıb yoxa çıxan sürücü 1 saatdan çox yolu bağladı - VİDEO

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində dayanma-durma qaydasını pozan sürücü digər hərəkət iştirakçısına çətinlik yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisə fevralın 24-də səhər saatlarında qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 77-QP-591 dövlət nömrə nişanlı “KIA” markalı avtomobil yolun hərəkət hissəsində ikinci cərgədə saxlanılıb və sürücü ərazini tərk edib.
Nəticədə sağ zolaqda park edilmiş nəqliyyat vasitəsinin ərazidən çıxışı əngəllənib.
Şikayətçi qeyd edib ki, avtomobildə sürücü ilə əlaqə üçün hər hansı məlumat olmadığından onu tapa bilməyib.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, sürücünün qısa müddətdə tapılması mümkün olmayıb. Bu səbəbdən vətəndaş bir saatdan artıq ərazidə gözləməli olub.
Xatırladaq ki, ikinci cərgədə saxlanılan avtomobil təkcə inzibati məsuliyyət məsələsi deyil, eyni zamanda digər hərəkət iştirakçılarının vaxt itkisinə və yol infrastrukturunun səmərəsiz istifadəsinə səbəb olur.
Belə hallarda sürücülərin nəqliyyat vasitəsini qısa müddətə tərk edərkən belə, digər avtomobillərin hərəkət trayektoriyasını nəzərə alması və ən azı operativ əlaqə üçün əlaqə nömrəsi yerləşdirməsi həm hüquqi, həm də etik baxımdan vacib məsuliyyətdir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












