Banner

Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO

Qaydalar 28 Oktyabr 2026 12:00
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə olun

Məhəllədaxili ərazidə avtomobili saxlamağın hər zaman cəriməsiz olduğu düşünülür. Lakin nəqliyyat vasitəsinin giriş-çıxışa mane olacaq şəkildə, xüsusilə darvazanın qarşısında saxlanılması qayda pozuntusu hesab oluna bilər. Bəs belə hallarda “Dayanmaq qadağandır” nişanı olmasa da, sürücüyə cərimə yazıla bilərmi?

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov məsələ ilə bağlı açıqlamasında bu məqama aydınlıq gətirib.

Ekspert bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsində dayanma və durma qaydaları ilə bağlı tələblər müəyyənləşdirilib. Məhəllədaxili yolda olsa belə, avtomobilin darvazanın qarşısında saxlanılaraq giriş-çıxışa maneə yaratması qanunla qadağandır və belə hallarda sürücüyə müvafiq cərimə tətbiq oluna bilər.

Azparking dayanma və durma qaydalarının pozulmasına görə cərimə yazmır. Cərimənin hansı qurum tərəfindən tətbiq olunduğunu dəqiqləşdirmək üçün isə protokolun nömrəsinin əvvəlindəki hərflərə baxmaq mümkündür.

Ekspert sürücülərə tövsiyə edib ki, avtomobili saxlayarkən yalnız qadağanedici nişanların olub-olmamasını deyil, digər nəqliyyat vasitələrinin və ərazidən istifadə edən şəxslərin hərəkətinə maneə yaradıb-yaratmadığını da nəzərə alsınlar.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228282.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 194
ŞƏRH YAZ
Ad

E-mail

Şərh