Məktəbin qarşısında təhlükəli manevr edən sürücü CƏZALANDIRILDI - VİDEO

Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 75 nömrəli tam orta məktəbin qarşısında təhlükəli hərəkətlər edən sürücü ilə bağlı araşdırma aparılıb. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, videogörüntü əsasında sürücünün şəxsiyyəti müəyyən edilib və onun barəsində qanunamüvafiq tədbir görülüb.
2026-06-22 - 16:30 ***
Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində, 75 nömrəli tam orta məktəbin qarşısında yol hərəkəti qaydalarının kobud şəkildə pozulması qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda 10-VP-389 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünün məktəbin qarşısında, velosiped sürən azyaşlılara məhəl qoymadan döngəyə yüksək sürətlə və nəzarətsiz şəkildə daxil olduğu görünür.
Daha sonra avtomobil yol kənarında dayanan velosipedə çırpılıb.
Qeyd edək ki, məktəblərin qarşısı və uşaqların intensiv hərəkətdə olduğu zonalarda yüksək sürətlə hərəkət etmək yol hərəkəti qaydalarına ziddir və qanunla qadağandır.
Nərmin
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












