Mərdəkanda öz qaydalarını işə salan sürücü iki dəfə qəza təhlükəsi yaratdı - VİDEO

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 18-də saat 10:03 radələrində Sergey Yesenin küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 99-MH-448 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əvvəlcə qarşıdakı nəqliyyat vasitəsinin ona yol verməsi üçün bir neçə dəfə işıqları yandırıb-söndürüb. Daha sonra həmin avtomobili sağdan ötməyə cəhd edib. Sonda o, görüntünü qeydə alan avtomobilin önünə keçərək sürücüyə qəza şəraiti yaradıb.
Bununla kifayətlənməyən “Mercedes” sürücüsü bir müddət sonra bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb. Bu zaman qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşma təhlükəsi yaranıb.
“Mercedes” sürücüsü son anda yenidən öz hərəkət zolağına qayıdıb. Bu manevr zamanı isə o, digər nəqliyyat vasitələri üçün də təhlükəli vəziyyət yaradıb.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












