Mərdəkanda yolayrıcına necə gəldi girən sürücü qəza şəraiti yaratdı - VİDEO

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində qeydə alınıb. Görüntülərdən məlum olur ki, 99-CE-295 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilinin sürücüsü yolun sağ kənarında quraşdırılmış 2.5 “Dayanmadan keçmək qadağandır” (“STOP”) yol nişanının tələbini pozaraq yolayrıcına daxil olub. Nəticədə o, görüntünü qeydə alan sürücünün yolunu kəsərək qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən sürücü vaxtında səs siqnalı verərək qarşı tərəfi xəbərdar edib.
Qeyd edək ki, “STOP” nişanı sürücünü stop-xəttinin, stop-xətti olmadıqda isə hərəkət hissələrinin kəsişmə xəttinin qarşısında tam dayanmağa və üstünlüyü olan nəqliyyat vasitələrinə yol verməyə məcbur edir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












