Moped sürücüləri qırmızıda keçib ölümlə üz-üzə qaldılar - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan moped sürücüləri təhlükəli vəziyyət yaradıblar. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 25-də paytaxtın 28 May küçəsilə Aleksandr Puşkin küçələrinin kəsişməsində baş verib.
Belə ki, iki moped sürücüsü qırmızı işıqda keçərək avtomobillərin intensiv hərəkətdə olduğu yola qəfil daxil olublar. Nəticədə qəza riski yaranıb.
Mopedlərin yol hərəkəti qaydalarına məhəl qoymadan hərəkət etməsi və təhlükəsizlik qaydalarına əməl etməməsi son vaxtlarda tez-tez gündəmə gələn məsələlərdəndir. Xüsusilə də, motosikletlərdən fərqli olaraq, mopedlərin üzərində qeydiyyat nişanı daşımaması, onların yol hərəkəti qaydalarını pozaraq istədikləri kimi hərəkət etməsinə şərait yaradır.
Qeyd edək ki, mopedlərin rəsmi qeydiyyata alınması və onlara dövlət nömrə nişanlarının verilməsi yol hərəkətində intizamın artırılmasına kömək edə bilər.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












