Moped sürücülərini hansı cəzalar gözləyir? - Cərimələr, ballar, həbs - Ekspert AÇIQLADI

Yollarda təhlükəsizlik hər bir cəmiyyət üçün vacib məsələdir. Nəqliyyat vasitələrinin sayı artdıqca, hərəkətin intensivliyi də yüksəlir və bu da qaydalara riayət olunmasının əhəmiyyətini daha da artırır. Son illərdə moped və digər kiçik həcmli nəqliyyat vasitələrindən istifadə geniş yayılıb. Bu vasitələr həm əlçatan, həm də iqtisadi baxımdan sərfəli olduğu üçün xüsusilə gənclər arasında populyardır. Lakin yol hərəkəti qaydalarına əməl olunmaması, təcrübəsizlik və təhlükəsizlik vasitələrindən düzgün istifadə edilməməsi bəzən xoşagəlməz hallara səbəb olur.
Məhz bu səbəbdən martın 26-dan etibarən moped idarə edənlər üçün sürücülük vəsiqəsi tələbi tətbiq olunacaq. Bu qərarın əsas məqsədi yol hərəkəti iştirakçılarının məsuliyyətini artırmaq və təhlükəsizlik səviyyəsini yüksəltməkdir. Rəsmi tələbin tətbiqi moped sürən şəxslərin müəyyən bilik və bacarıqlara malik olmasını şərtləndirir, eyni zamanda nəzarət mexanizmini gücləndirir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, artıq moped sürənlər sürücülük vəsiqəsinə kifayət qədər cərimə yazıla biləcəyini, cərimə balları yığılacağını başa düşəcək və bu da sürücülük hüququnun məhdudlaşdırılmasına gətirib çıxaracaq:

“Sürücülük vəsiqəsinin tələb olunması bir növ məsuliyyət deməkdir. Hər halda, sürücülük vəsiqəsi tələb olunduğu üçün şəxs qaydaları öyrənəcək, yol hərəkəti haqqında kitabçanı oxumalı olacaq. Hazırda isə bir qədər xaotik vəziyyət var. Qayda-qanunu öyrənmədən, 500-1000 manat vəsait əldə edən kimi moped alıb kuryer xidmətinə qoşulanlar olur və bu da yaxşı nəticə vermir. Bu qanunun qəbul olunması zərurətdən irəli gəlib və sürücülər də bunu anlayırlar. Bundan sonra qaydalara necə əməl etməli olduqlarını daha yaxşı biləcəklər. Vəsiqələrin verilməsi, dövlət qeydiyyatının aparılması və texniki pasportun təqdim olunması sürücülərdə məsuliyyət formalaşdıracaq. Bu, qəzaların qarşısının alınmasına kömək edə bilər. Təbii ki, nəzarət də vacibdir. Son dövrlər müşahidə olunur ki, yol polisləri tərəfindən bu sahəyə daha ciddi yanaşma göstərilir. Səs-küy yaradan motosikletlər, nömrəsiz idarə olunan nəqliyyat vasitələri saxlanılır. İndi mopedlər də artıq bu kateqoriyaya aid ediləcək. Yəni, nömrəsiz idarə etdikdə cərimə tətbiq olunacağını biləcəklər. Bu baxımdan, məncə, müsbət nəticələr gözləmək olar”.
Nurcan Babək
Avtobusla 3 metrlik yolda geriyə dönmək istəyən avtobus sürücü yolu kəsdi - VİDEO
Bir neçə saniyə qazanmaq üçün sürücüləri təhlükəyə atdı - 99-OC-251 - VİDEO
Həm təhlükə yaratdı, həm də təhqir etdi: "Nə var ə bambılı" - VİDEO
Sürücü etdiyi hərəkətin məsuliyyətindən xəbərsizdir: 150 manat cəriməsi var - VİDEO
Tıxacdan yayınan motosikletçi əks yola çıxıb axına qarşı hərəkət etdi - VİDEO
İşıqforun yaşıl işığında qəfil dayanan sürücü qəza şəraiti yaratdı - VİDEO
Bakıda yol kənarını “özəlləşdirdilər” – Sürücülər maşın saxlaya bilmədi - VİDEO
Binədə sürücü hər gün maşını piyada keçidinin qarşısında saxlayıb təhlükə yaradır - 99-LK-176 - VİDEO
“Dayanmağa yer tapmırıq” deyib səkini zəbt edirlər – ŞİKAYƏT - VİDEO
Gecələr sakinləri narahat edən 39 motoxuliqan saxlanıldı - Abşeronda reyd - VİDEO
Taksi dayanacağını zəbt edən sürücü mübahisə də etdi - VİDEO










