Motosikletçini sıxışdırıb qəza təhlükəsi yaratdı - 77-NZ-071 - VİDEO

Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntülərdən məlum olur ki, 77-NZ-071 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü sağ zolaqda hərəkət edən motosikletçiyə əhəmiyyət vermədən həmin zolağa manevr edib. Nəticədə o, motosikletçi sıxışdıraraq qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən motosiklet sürücüsü sürətini azaldaraq qəzanın qarşısını ala bilib.
Qeyd edək ki, hərəkət zolağını dəyişən sürücü manevrə başlamazdan əvvəl həmin zolaqda hərəkət edən digər nəqliyyat vasitələrinə üstünlük verməlidir. Bu tələbin pozulması təkcə inzibati məsuliyyət yaratmır, eyni zamanda iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə ağır nəticələrə səbəb ola biləcək yol-nəqliyyat hadisələrinin riskini əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən zolaq dəyişərkən ətrafdakı nəqliyyat vasitələrinin hərəkət istiqaməti və təhlükəsiz məsafə mütləq nəzərə alınmalıdır.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












