Mühafizə olunan duracaqlarda sürücülər nə qədər ödəyəcək? – YENİ QAYDA

Nəqliyyat vasitələrinin duracaqları ilə bağlı qaydalarda dəyişiklik edilib. Yeni qaydalar avtomobillərin, xüsusilə mühafizə olunan duracaqlarda saxlanılması ilə bağlı məsələləri əhatə edir və sürücülərin bu sahədəki hüquq və öhdəliklərini yenidən gündəmə gətirir.
Avtosfer.az xəbər verir ki, dəyişikliklərin sürücülər üçün hansı yeniliklər yaradacağı və mühafizə olunan duracaqlarda avtomobillərin saxlanılması zamanı yaranan mübahisələrin qarşısının necə alınacağı maraq doğurur. Bəs yeni qaydalar sürücülərin hüquqlarının qorunmasına necə təsir göstərəcək?
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Avtosfer.az-a açıqlamasında bildirib ki, burada edilən dəyişiklik əsasən ödəniş məsələsi ilə bağlıdır:

"Yəni söhbət nəqliyyat vasitələrinin mühafizəsindən və sürücülərə avtomobillərinin qorunması ilə bağlı hansısa əlavə təminat verilməsindən getmir. Mənim bildiyim qədər, əvvəllər bu duracaqlarda ödəniş məbləğini oradakı əməkdaşlar və ya digər şəxslər müəyyən edirdilər. İndi isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, ödəniş məbləği konkret şəkildə müəyyən olunacaq. Söhbət, adətən duracaq adlandırdığımız müvəqqəti duracaqlardan gedir. Yəni hər hansı qayda pozuntusuna yol vermiş və ya müəyyən səbəblərdən avtomobili duracağa yerləşdirilmiş şəxslərin nəqliyyat vasitələrinin saxlanıldığı yerlər nəzərdə tutulur. Bu dəyişikliklərin müsbət tərəfi ondan ibarətdir ki, duracaqlarda saxlanılan avtomobillər üçün ödəniləcək məbləğ əvvəlcədən müəyyən və ictimaiyyət üçün açıq olacaq.
Qiymətin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi həm sürücülərin nə qədər ödəniş etməli olduğunu bilməsinə, həm də duracaqlarda qanunsuz şəkildə əlavə vəsait tələb olunması hallarının qarşısının alınmasına kömək edə bilər. Beləliklə, ödəniş məsələsində daha şəffaf və konkret mexanizmin formalaşması mümkündür".
Fatimə
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












