Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik sərxoşluğu vəziyyətində olan sürücünü ifşa edərək hərəkətdən kənarlaşdırıb.
Avtosfer.az xəbər verir ki, Elvin Bağırlı idarə etdiyi “Lada” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən DYP-nin stasionar postunda nəzarət yoxlama qaydasında saxlanılıb.
Yol polisi qayda pozan sürücüyə qarşı bu hərəkəti etməyəcək - Qanun TƏSDİQLƏNDİ
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Elvin Bağırlının narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Təqsiri sübuta yetirilən Elvin Bağırlı qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












