Nasaz “QAZ” prospektdə təhlükə yaratdı – Sürücülər qəzadan son anda xilas oldu - VİDEO

Paytaxtın 8 Noyabr prospektində qayda pozan sürücü digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 14-də saat 16:05 radələrində qeydə alınıb. Belə ki, 10-CC-233 dövlət nömrə nişanlı “QAZ-3110” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini prospektin ən sağ hərəkət zolağında saxlayıb. Bu isə arxadan gələn avtomobillər üçün qəza şəraiti yaradıb.
Görüntülərdən məlum olur ki, həmin zolaqla hərəkətdə olan “Toyota Aqua” markalı avtomobilin sürücüsü son anda sol zolağa manevr edərək dayanmış nəqliyyat vasitəsinə çırpılmaqdan xilas olub. Nəticədə sol zolaqda hərəkət edən və hadisəni videoya çəkən avtomobil üçün də təhlükəli vəziyyət yaranıb.
Kadrlarda “QAZ” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsinin nasaz olduğunu bildirmək məqsədilə əlini pəncərədən çıxararaq arxadan gələn sürücülərə xəbərdarlıq etdiyi görünür.
Qanunvericiliyin tələblərinə əsasən, nəqliyyat vasitəsi nasazlaşdıqda və ya qəza səbəbindən dayanmalı olduqda, sürücü ilk növbədə qəza işıq siqnallarını yandırmalı, avtomobili mümkün qədər yolun hərəkət hissəsindən kənara çəkməli və qəza dayanma nişanını müəyyən olunmuş məsafədə yerləşdirməlidir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












