Nərimanovda qayda pozan piyada və sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO

Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində təhlükəli vəziyyət qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında baş verib.
Kadrlardan görünür ki, qadın piyada yolu təyin olunmamış yerdən keçməyə çalışır. Bu zaman hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxlayaraq piyadaya yol verir. Avtomobilin arxasında hərəkət edən motosikletçi isə sürücünün dayanmasına etiraz edərək narazılığını bildirir.
Bu zaman sağ zolaqla hərəkətdə olan digər motosikletçi dayanmadan hərəkət edir. Görüntülərdən də aydın olur ki, piyada bir qədər də irəliləmiş olsaydı, motosikletçinin onu vurması qaçılmaz ola bilərdi. Beləliklə, həm piyadanın yolun təyin olunmamış hissəsindən keçməsi, həm də motosikletçinin ehtiyatsız davranışı ciddi qəza təhlükəsi yaradıb.
Qanunvericiliyə əsasən, piyadalar hərəkət hissəsini yalnız piyada keçidlərindən, yeraltı və ya yerüstü piyada keçidlərindən keçməlidirlər.
Eyni zamanda, sürücülərdən biri piyadaya yol vermək üçün dayandıqda digər hərəkət iştirakçıları da vəziyyəti nəzərə almalı, piyadanın təhlükəsiz keçidini təmin etməlidirlər. Əks halda, bu cür davranışlar ağır yol-nəqliyyat hadisələri ilə nəticələnə bilər.
Nərmin
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO












