Nərimanovda təhlükəli manevr: Yol verən sürücünü qəza riski ilə üz-üzə qoydu - VİDEO

Paytaxtın Nərimanov rayonu ərazisində, Böyükşor bulvarından Ziya Bünyadov prospektinə qoşulan yolda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 18-də saat 08:58 radələrində qeydə alınıb. Belə ki, 99-DL-842 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü hərəkət zamanı manevr qaydalarını pozub.
Kadrlardan görünür ki, sürücü əvvəlcə hərəkətdə olduğu zolaqdan sağ zolağa keçir. Bu zaman görüntünü qeydə alan avtomobilin sürücüsü ona yol verir. Lakin “Mercedes”in sürücüsü önündəki nəqliyyat vasitəsini ötmək məqsədilə yenidən sol zolağa qayıdır və bu zaman ona yol verən sürücü üçün qəza şəraiti yaradır.
Xatırladaq ki, yollarda zolaqlar arasında kəskin və ardıcıl manevrlər digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Sürücülər manevr etməzdən əvvəl yol vəziyyətini düzgün qiymətləndirməli, məsafə saxlamalı və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












