Nişanı saymayan sürücü baş yoldakı avtomobili təhlükəylə üz-üzə qoydu - VİDEO

Paytaxtın Tbilisi prospektində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 13-də saat 19:20 radələrində qeydə alınıb.
Belə ki, 88-DA-349 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilin sürücüsü “Yol ver” nişanının tələbinə əməl etməyərək baş yolda hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermədən hərəkətini davam etdirib.
Videoregistratorun qeydə aldığı kadrlardan görünür ki, qayda pozuntusu nəticəsində qəza şəraiti yaranıb. Toqquşmadan yayınmaq üçün baş yolda hərəkətdə olan avtomobilin sürücüsü ən sol zolaqdan ən sağ zolağa qəfil manevr etmək məcburiyyətində qalıb.
Xoşbəxtlikdən həmin anda digər zolaqlarda nəqliyyat vasitəsi olmadığından qəzanın qarşısını almaq mümkün olub. Əks halda hadisə daha ağır nəticələrə səbəb ola bilərdi.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












