Nişanı saymayan sürücü motosikletin yolunu kəsib təhlükə yaratdı - VİDEO

Paytaxtın Babək prospektində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 21-də saat 14:02 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 99-MN-229 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü “Yol ver” nişanının tələbinə əməl etmədən geriyə manevr edib. Bu zaman sürücü yaxınlaşmaqda olan motosikletin qarşısına qəfil çıxaraq onun hərəkətinə maneə yaradıb və qəza şəraiti törədib.
Motosiklet sürücüsü isə siqnal verərək qayda pozan sürücünün hərəkətinə etirazını bildirib.
Xatırladaq ki, “Yol ver” nişanı qarşıdan gələn nəqliyyat vasitələrinə yol verilməsini tələb edir. Nişanın tələbinə əməl etmədən hərəkətin davam etdirilməsi digər nəqliyyat vasitələrinin hərəkət üstünlüyünün pozulmasına və qəza şəraitinin yaranmasına səbəb ola bilər. Geriyə hərəkət zamanı isə sürücü manevrin təhlükəsiz olduğuna əmin olmalı və digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












