Nömrəsiz motosikletlə “şou” göstərdi: Əks yola çıxdı, maşınların arasından şütüdü - VİDEO

Sumqayıt şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsünün görüntüləri sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan prospektində qeydə alınan kadrlarda “Tufan S 150” markalı motosikletin sürücüsünün qoşa xəttin tələbini pozaraq dəfələrlə əks istiqamətli hərəkət zolağına çıxdığı və təhlükəli manevrlər etdiyi görünür.
Sülh küçəsində çəkilən görüntülərdə isə sürücünün hərəkətdə olan avtomobillərin arasından zolaqdan-zolağa keçərək manevrlər etdiyi və qəza şəraiti yaratdığı əks olunub.
Motosiklet sürücüsü Bakı küçəsində də sərt manevrlər edərək qarşısında hərəkət edən nəqliyyat vasitələrini ötüb. Bundan əlavə, onun motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi görünür.
İddialara görə, sürücünün müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi də yoxdur.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












