Ölümlə yadda qalan yolda təhlükəli ötmə - Sürücü qəza şəraiti yaratdı - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində, Duz gölünün yaxınlığında təhlükəli qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 5-də saat 18:42 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, “Ravon Nexia” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq təhlükəli ötmə edib. Nəticədə qarşıdan gələn avtomobil üçün qəza şəraiti yaranıb. Qarşı tərəfin sürücüsü vaxtında sağa manevr edərək toqquşmanın qarşısını ala bilib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər bildiriblər ki, sözügedən ərazidə yolun sağ hissəsi istifadəyə yararsız vəziyyətdədir, həmçinin üfüqi nişanlanma xətləri, o cümlədən qoşa xətt demək olar ki, silinib. Onların fikrincə, bu amillər də sürücülərin təhlükəli manevrlərinə şərait yaradır.
Xatırladaq ki, bir müddət əvvəl həmin yolda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi də baş vermişdi. Buna baxmayaraq, bəzi sürücülərin təhlükəli davranışlarını davam etdirməsi ciddi narahatlıq doğurur.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












