Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO

Paytaxtın Sabunçu rayonunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında Şəhər şosesində qeydə alınıb.
Görüntülərdən aydın olur ki, 99-TL-953 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq sol zolaqda hərəkətdə olan avtomobilin qarşısına keçməyə çalışır. Lakin həmin zolaqda hərəkət edən sürücü siqnal verərək ona yol vermir və hərəkətini davam etdirir.
“Mercedes”in sürücüsü bir müddət sonra yenidən həmin avtomobilin hərəkət etdiyi zolağa keçərək onu sıxışdırır və qəza şəraiti yaradır. Vəziyyətdən yayınmaq üçün görüntünü qeydə alan sürücü məcbur qalaraq sol zolağa keçir.
Daha sonra tərəflər arasında mübahisə yaranır. “Mercedes”in sürücüsü ona irad bildirən şəxsə özünün qayda pozmadığını, əksinə, qarşı tərəfin səhv etdiyini deyir. Bu zaman görüntünü qeydə alan avtomobilin sürücüsü aqressiv şəkildə “Məni niyə əsəbiləşdirirsən? Səhv edirsən, amma məni borclu çıxarırsan”, – deyə ona cavab verir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












