Ötmə qaydasını pozan sürücü qarşıdan gələn maşını təhlükə qarşısında qoydu - VİDEO

Hökməli-Qobu yolunda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 19-da saat 06:50 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 99-RM-845 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobilin sürücüsü qarşısında hərəkətdə olan “Tofaş” markalı avtomobili ötməyə çalışıb. Lakin manevr zamanı qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxaraq onun üçün qəza şəraiti yaradıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, ötmə yalnız sürücünün manevrin təhlükəsiz olduğuna və qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaratmayacağına əmin olduğu halda həyata keçirilə bilər. Qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkətinə maneə və ya təhlükə yaradan ötmə yolverilməzdir.
Nərmin
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO












